Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır

02.06.2023 - 11:00

Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 2-də mülki aviasiya işçilərinin peşə bayramı qeyd edilir.

Cumhuriyyet.az xəbər verir ki, Azərbaycanda ilk aviasiya dəstəsi 1938-ci ildə məhz həmin gün formalaşdırılıb. Bununla da, respublikada mülki aviasiyanın təşəkkülünün əsası qoyulub.

Azərbaycan Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. Administrasiya mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Hazırda Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Əhməd oğlu Məmmədovdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=191793

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728