Sülhməramlılar Xankəndini mühasirəyə aldı – Səbəb

08.06.2023 - 10:00

Rusiya sülhməramlılarının Xankəndini mühasirəyə aldığına dair məlumatlar yayılıb.

Cumhuriyyet.net Publika.az-a istinadən xəbər verir ki, erməni mənbələrin yaydığı məlumata görə, sülhməramlılar ermənilərin Qarabağdan çıxışına maneə törədir. Bu məqsədlə Xankəndidən Ermənistana gedən yolda nəzarət gücləndirilib.

Bunu hətta erməni ekspertlər də etiraf ediblər. Erməni ictimai xadim Mikael Ayrapetyan bildirib ki, Qarabağ məsələsi Rusiyanın Cənubi Qafqazda mövcudluğunun əsas nöqtəsidir.

“Ona görə də Rusiya problemin həllini istəmir. Rusiya Qarabağı mühasirədə saxlayır ki, erməni əhalisi getməsin”, – o deyib.

Məlumatlara görə, son 5 gündə 100-dən çox erməni Laçın postundan istifadə etməklə Ermənistana köçüb. Yaxın günlərdə köçənlərin sayının daha da çoxalacağı gözlənilir. Bir neçə gündə bu qədər adamın bölgəni tərk etməsindən sonra Rusiya sülhməramlıları hərəkətə keçib və ermənilərin çıxışına problemlər yaradılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=192009

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930