Ermənilərin Laçında törətdikləri təxribatda yaralanan hərbçi danışdı – VİDEO

16.06.2023 - 15:19

İyunun 15-i saat 08:45-də Ermənistan silahlı qüvvələri terror-təxribat əməllərini növbəti dəfə davam etdirməklə Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” sərhəd-buraxılış məntəqəsinə dislokasiya olunub və müxtəlif çaplı odlu silahlardan ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açıb, nəticədə hərbi qulluqçumuz, gizir Elşən Rüstəmov güllə yaraları alıb.

Cumhuriyyet.net xəbər verir ki, Real TV təxribat nəticəsində yaralanan gizir Elşən Rüstəmova müalicə aldığı xəstəxanada baş çəkib.

“Çox şükür, hər şey qaydasındadır. Sol ayaqdan yaralanmışam. Gündəlik fəaliyyətimiz olaraq üçrəngli bayrağımızı öz ərazimizdə dalğalandırarkən düşmən tərəfi növbəti təxribata əl atdı, bizi atəşə tutmağa başladı və bu zaman biz silahsız idik.
Düşmən tərəfi təxribatı törədərkən biz tez bir şəkildə mövqeləndik və bu zaman mən ayağımdan yaralandım. Heyətimizin peşəkarlığı sayəsində mənə ilkin tibbi yardım göstərildi və mən o ərazidən təxliyə edildim, düşmən tərəfi cavab atəşi ilə susduruldu” ,- deyə E.Rüstəmov bildirib.

Daha ətraflı videomaterialda:

Short URL: http://www.cumhuriyyet.net/?p=192400

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930