Elçin Quliyevin müavini yaralı hərbçiyə baş çəkdi

16.06.2023 - 16:33

İyunun 16-da Dövlət Sərhəd Xidməti (DSX) rəisinin tapşırığına uyğun olaraq DSX rəisinin müavini general-leytenant Cavid Abdullayev Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Ermənistanın təxribatı nəticəsində yaralanan və hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunu ziyarət edib.

Bu barədə Cumhuriyyet.net-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Həkimlər bildirib ki, hazırda hərbi qulluqçunun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.

“Hərbi qulluqçu DSX-nin rəhbəliyinə və Kliniki Tibbi Mərkəzin tibb heyətinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edib”, – məlumatda qeyd olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=192419

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031