Prezident Samuxda açılışlar etdi

07.08.2023 - 18:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Samux rayonuna səfər edib.

Cumhuriyyet.net xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Samux şəhərində ucaldılmış abidəsini ziyarət edib.

***

Prezident İlham Əliyev avqustun 7-də Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Dövlət başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verilib.

Qeyd olunub ki, Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2019-cu ildə başlanılıb. İnşaat işləri bu ilin avqustunda başa çatdırılıb. İki hektar sahədə inşa olunan xəstəxana 90 çarpayılıqdır. Tibb müəssisəsinin üçmərtəbəli binasında əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımı şərait yaradılıb. Belə ki, xəstəxana Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqla təchiz edilib.

Tibb müəssisəsində cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, doğuş, hemodializ, təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir.

***

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=194296

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031