“Aztelekom” yayılan iddialara reaksiya verdi

10.08.2023 - 12:37

“Aztelekom” telekommunikasiya şirkəti qurumda FETÖ ilə bağlı əməliyyat keçirilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

Cumhuriyyet.net xəbər verir ki, açıqlamada sözügedən məlumatların yanlış olduğu bildirilib.

“Müxtəlif kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanları tərəfindən Aztelekom MMC-də iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, Aztelekom MMC-yə hüquq-mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorğu, məlumat və s. daxil olmayıb”, – açıqlamada qeyd olunub.

Qeyd edək ki, ötən gün Gününsəsi.info saytı hüquq-mühafizə orqanlarının “Aztelekom”da əməliyyat keçirdiyini və iki FETÖ-çünün həbs edildiyini bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=194449

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728