Təxribat: ermənilər ciddi itki verir

22.08.2023 - 15:50

Ermənilər təxribatlar nəticəsində məruz qaldıqları itkiləri yenə ictimaiyyətdən gizlətməyə çalışırlar.

Cumhuriyyet.net xəbər verir ki, avqustun 21-də Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında saat 09:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğu, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirlərinin görüldüyü barədə məlumat verilmişdi.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən görülən cavab tədbirləri nəticəsində Vanik Kazaryanın ağır yaralanması barədə məlumatı gizlətməyə çalışıb. Lakin axşam saatlarında erməni hərbi qulluqçunun ölməsi qarşı tərəfin planını alt-üst etdi. Belə ki, hərbi qulluqçu öldükdən sonra saat 22:30-da məlumat verməyə məcbur oldular ki, bir hərbi qulluqçusu saat 15:30-da ölümcül yaralanıb.

Qeyd edək ki, ermənilərin təxribatlarına verilən cavab nəticəsində itkiləri bununla yekunlaşmır.

Short URL: http://www.cumhuriyyet.net/?p=194804

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728