Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? – Açıqlama

23.08.2023 - 17:45

Gecə saatlarında Azərbaycanda baş verən zəlzələ insanlar arasında təşvişə səbəb olub. Bu mövzuda əsas narahatlıqverici faktor isə Bakı şəhərindəki binalardır.

Ümumiyyətlə, Azərbaycanda qorxunc, dağıdıcı zəlzələ gözlənilirmi?

Cumhuriyyet.net xəbər verir ki, Globalinfo.az-a açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib ki, respublika ərazisində dağıdıcı zəlzələ bölgəsi yoxdur:

“Kiçik təkanlar hər zaman olur, olub və olacaq. Məsələn, dünən 30-a yaxın yeraltı təkandan bircə Masallı-Cəlilabad ərazisindəki hiss olundu. Bu isə heç bir fəsad törətməyib, 35 km dərinlikdə olduğuna görə qorxulu hadisə baş verməyib”.

Qurban Yetirmişli qeyd edib ki, əhali gərək belə hallara təbii yanaşsın:

“Bunu soyuqqanlı qəbul etmək lazımdır, çünki təkanlar saniyələr sonra dayanır. Ona görə də silkələnmə zaman qaçmaq, liftə daxil olmaq, pilləkənlə düşmək, eyvana çıxmaq lazım deyil. Evdə üzərinə aşacaq hər hansı predmetdən uzaq durmaq kifayət edir. 5-10 saniyəyə ötüb keçəcək bir zəlzələdir. Binaları dağıdacaq gücdə zəlzələ olmayacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=194876

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930