Bakıdan sensasion gediş: Niyə Xankəndiyə un göndərildi?

29.08.2023 - 16:00

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki TIR vasitəsilə Xankəndiyə çatdırılmaq üçün məhz 40 ton un və un məmulatı aparması təsadüfi deyil.

Cumhuriyyet.net xəbər verir ki, bu, ilk növbədə Xankəndi və ətrafında yaşayan erməni sakinlərin guya çörəyə ehtiyacının olması barədə yaydıqları informasiyaya cavabdır. Əgər doğrudan da çörəyə ehtiyacları varsa, bu yardımı qəbul etməli və Ağdam-Xankəndi marşrutu fəaliyyətə başlamalıdır.

İkincisi və ən mühümü isə bu həyati zəruri ərzağı ermənilərin qəbul etməyəcəyi ehtimalıdır. Belə ki, Xankəndi və ətrafında yetərincə ərzaq olması ehtimalına görə, erməni separatçılar bu yardımdan imtina edə bilər. Belə olan halda isə erməni separatçıların beton plitələr düzdüyü səddin önündə iki TIR-ın uzun müddət qalması ehtimalı var.

Hətta bu TIR-ların sayının artırılacağı da istisna edilmir. Məhz buna görə də uzun müddət qaldığı halda xarab olmayan məhsul göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=195100

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031