Bayramovdan Anım Günü ilə bağlı paylaşım

27.09.2023 - 11:15

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə nazir X (Tvitter) sosial şəbəkə hesabında qeyd edib.

“44 günlük Vətən müharibəsinin başlanmasının 3-cü ildönümü, 27 Sentyabr-Anım Günündə, öz canları və qanları bahasına bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda dalğalandıran, qürur, iftixar mənbəyimiz olan qəhrəman Şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edirik”, – deyə nazir bildirib.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=196067

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031