Füzuli Şəhəri Günü keçirilir
Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzuli Şəhəri Günü keçirilir.
Cumhuriyyet.net xəbər verir ki, tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və mədəniyyət naziri Adil Kərimli ilə yanaşı, bir sıra dövlət və ictimai xadimlər, mədəniyyət nümayəndələri və media mənsubları iştirak edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=196455