Zərərçəkmişdən Vaqifə: İçinizə sızmışdım, dilinizi də bilirəm
Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçatryanın Bakı Hərbi Məhkəməsində baş tutan növbəti məhkəmə prosesində zərərçəkmiş Şamil Kazımov ifadə verib.
Cumhuriyyet.net xəbər verir ki, o, Vaqifi yaxşı tanıdığını bildirib.
“O da məni yaxşı tanıyır. Atamın çayxanası var idi. Sizin içinizə sızmışdım, dilinizi də yaxşı bilirəm. Vaqif qardaşı ilə bizim evdə neçə dəfə yemək yeyib. Bir yerdə çörək kəsmişik. 7 nəfərdən ibarət dəstə idi. Kəndi çox yaxşı tanıyırdılar.
Bu adamlar hamısı bizim evdə olublar. Kənddə kim yaxşı atıcıdırsa, birinci onları öldürdülər. Bütün olanlar əvvəlcədən planlanmışdı. Hər kənddən 20-25 şəhid verildi. Gecə 4-dən sonra film gətirirdilər, türklərə qarşı təbliğat aparırdılar. Bir gün gedib gizli baxdım, başıma hava gəldi ki, bu nə kinodur? Güclü hazırlıq və təbliğat gedirdi”, – o bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=196505