İrandan qayıtmaq istəyən tələbə şərlənib HƏBS OLUNDU

07.01.2024 - 10:07

İranda dini təhsil alan Səfərov Davud Səfər oğlu İranda qarşılaşdığı haqsızlıqlardan, qeyri-insani davranışlardan bəzərək Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən saxlanılıb və nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.

Davud Səfərov İranda qalmağa məcbur edilir və ona terrorçu “Hüseyniyyun” təşkilatına qoşulması üçün təzyiqlər göstərilir.

Etibarlı mənbələrdən Musavat.com-a daxil olan məlumata görə, 2021-ci ildən İranın Qum şəhərində “İmam Xomeyni” mədrəsəsində dini təhsil alan Səfərov Davud Səfər oğlu təhsilini yarımçıq saxlayaraq Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən sənədlərinin düzgün olmadığı bəhanəsi altında saxlanıb və sərhəd buraxılış məntəqəsindən buraxılmayıb.

Yaxınlarının bildirdiyinə görə, tədris prosesində siyasi mövzular, anti-Azərbaycan dərsləri təbliğ olunduğundan, eləcə də tələbələrin sosial durumu pis vəziyyətdə olduğundan Davud İranda oxumağa davam etmək istəməmiş və Azərbaycana qayıtmaq niyyətində olub. Hətta İranda hüquq-mühafizə orqanları tərəfindən Davuda qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən “Hüseyniyyun” təşkilatına qoşulması üçün təzyiqlər göstərilib. Buna görə Davudun xarici pasportu əlindən alınmış və azadlığı məhdudlaşdırılıb.

Ümumiyyətlə, son zamanlar İranda dini təhsil alan tələbələrin Azərbaycana qayıtmasına maneələr yaradılır, onlar hədə-qorxu ilə İranda qalmağa və oradan sosial şəbəkələr və KİV-lər üzərindən Azərbaycan əleyhinə radikal dini fəaliyyət aparmağa məcbur edilirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197211

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30