Yanğınla bağlı ilkin ehtimal – Baş prokuror açıqladı

09.01.2024 - 12:57

“Respublika Perinatal Mərkəzində baş verən yanğında təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Baş prokuror bildirib ki, bütün bu hadisələri hərtərəfli araşdırmaq üçün vaxt lazımdır:
“Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi dərhal üzərlərinə düşən öhdəlikləri yerinə yetiriblər. İlkin ehtimala görə yanğın elektrik şəbəkəsində baş verən nasazlıqla bağlı olub”.

“4 körpənin tüstü boğulmasından və ya yanaraq ölməsi ilə bağlı dəqiq məlumat ekspertiza rəyindən sonra bilinəcək. İlkin ehtimal odur ki, körpələr yanıq xəsarətləri alıblar. Lakin onların yanıq xəsarətindən, yoxsa zəhərlənmədən ölməsi hələ ki dəqiqləşdirilməyib”, – K.Əliyev əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197349

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031