ABŞ Konqresində Azərbaycan, Ermənistan və… milyonlar söhbəti

27.03.2015 - 13:31

absMartın 25-də Vaşinqtonda ABŞ Konqresinin dövlət, xarici əməliyyatlar və əlaqədar proqramlar üzrə altkomitəsində Konqres üzvü Kay Grangerin sədrliyi altında dinləmələr keçirilib. Dinləmələrdə ABŞ-da fəaliyyət göstərən bir sıra təşkilatlar komitəni öz fəaliyyətləri barədə məlumatlandırıb və hesabatlarını təqdim ediblər.

“Amerikanın səsi”nin verdiyi məlumata görə, ifadə verənlərin sırasında Save the Children, İnternews və UNİCEF kimi təşkilatlar yer alıblar. Bundan əlavə, Amerika Erməni Assambleyasının icraçı direktoru Brayan Arduni, Amerika-Ermənistan Milli Komitəsinin hökümət məsələləri üzrə direktoru Keyt Nahapetyan, eləcə də ABŞ Azərbaycanlıları Şəbəkəsi heyətinin üzvü Bədir Məmmədli çıxış ediblər.

B. Arduni Türkiyə və Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi sərhəd blokadasına görə Ermənistanın iqtisadi ziyana uğradığını və bunun öhdəsindən gəlmək üçün ABŞ hökümətindən 40 milyon dollarlıq yardım istəyib. Bundan əlavə, Arduni Azərbaycan-Ermənistan sülh danışıqlarında Dağlıq Qarabağın da iştirakının bərpa edilməsini təklif edib. Daha sonra çıxış edən Keyt Nahapetyan ABŞ-Ermənistan münasibətlərindən, son iki ildə baş verən atəşkəs pozuntularından danışıb və ABŞ-ın Azərbaycana hərbi dəstəyi dayandırmasını vurğulayıb.

ABŞ Azərbaycanlıları Şəbəkəsi adından çıxış edən B. Məmmədli xanım Grangeri ABŞ-ın Azərbaycan və Ermənistana ayırdığı yardımında balanssızlıq və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb. O, həmçinin bildirib ki, ABŞ Ermənistana hərbi yardım göndərməklə həm də Rusiyanın başçılıq etdiyi hərbi ittifaqa dəstək verir.

B. Məmmədli ABŞ-ın Ermənistana maliyyə yardımının Ermənistanın Dağlıq Qarabağın işğalını möhkəmləndirməyinə kömək etdiyi üçün bu yardımın dayandırılmasının zəruriliyini vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=19760

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728