Xankəndidəki erməni evləri kimlərə veriləcək? – MƏSKUNLAŞDIRMA PLANI

18.01.2024 - 13:09

“Xankəndini tam məskunlaşdırmaq olarmı? Bəziləri deyir ki, bu risklidir. Çünki bu halda Qarabağın keçmiş erməni sakinləri beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı mülkiyyət davaları açacaq və təzminat tələb edəcəklər”. Musavat.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ermənilərin geri qayıtmaq niyyəti yoxdur: “Qarabağ erməniləri geri qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. İndi biz nə etməliyik, Xankəndi şəhərindəki evləri daha nə qədər boş saxlamalıyıq? Qarabağ ermənilərinə 6 ay da vaxt verək, gəlməcəyəkləri halda Azərbaycan vətəndaşlığından və beləcə mülkiyyət hüququndan məhrum ediləcəklərini bildirək”.

E.Şahinoğlu söyləyib ki, ermənilərin Qarabağa qayıtmasını rəsmi İrəvan da istəmir: “Ermənilərin Qarabağa qayıtmaq fikirləri yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir. O, 17 yanvarda parlamentdəki çıxışı zamanı deyib ki, Ermənistanda Qarabağ erməniləri üçün evlərin tikintisi proqramı qəbul olunacaq. Bununla da məsələ bitib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=197841

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930