Azərbaycanda güclü zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması

20.01.2024 - 11:49

Dünən gecə Azərbaycanda 5 maqnitudalı zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 22:05-də meydana gəlib. Zəlzələ daha çox Mərkəzi Aran zonasında hiss olunub.

Zəlzələnin ocağı Salyanın Qaraçala kəndi ərazisində, 61 km dərinlikdə yerləşib.  Zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdamda 4-3 bala qədər hiss olunub.  Yeraltı təkanlar Bakıda və Abşeron yarımadasında hiss olunmayıb.

“5,1 ocaqda baş verən maqnitudadır. Stansiyalar hazırda zəlzələnin ocağını dəqiqləşdirirlər. 84 stansiyanın məlumatı analiz edilməlidir. Qorxulu bir şey yoxdur, narahat olmasınlar”. Bu fikirləri Musavat.com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Saatlı, Sabirabad, Salyan, İmişli, Cəlilabad, Şirvan, Yardımlı, Lerik zəlzələni yüngül hiss etməlidir: “Təkanlar dərində olanda onun silkələnmə əhatəsi çox geniş olur. Səthi olsa, dağıntı yaradar. Zəlzələ Bakıda hiss olunmayıb. Bəzi insanlar xofa düşüb küləyin əvəzinə deyir ki, zəlzələni hiss etdim. 1-2 nəfərin deməyi ilə yazmırlar ki, onlar zəlzələni hiss edib. Zəlzələnin episentri Saatlıdan 30 km cənub-şərqə doğrudur. Təkrar güclü zəlzələ gözlənilmir. 3-3,5 ballıq afterşoklar ola bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=197889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031