Nazirlər Kabinetinin istefasına sayılı günlər qaldı

26.01.2024 - 12:36

Seçkidən sonra atılacaq ilk addım – həm yerdəyişmələrin olacağı, həm də nazirlərin və komitə sədrlərinin bəzilərinin kənarda saxlanılacağı gözlənilir

Fevralın 7-si Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkiyə 12 gün qalıb. Seçki yarışına prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Milli Məclisin insan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Məclisin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Fuad Əliyev qoşulublar.

Prezidenti seçkisi ilə əlaqədar Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb. MSK sədri Məzahir Pənahov bildirib ki, seçki bülletenlərinin çap prosesi təhlükəsizliyin təmin edilməsi şərti ilə, seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və media nümayəndələri üçün tamamilə açıq həyata keçirilir. Prezident seçkiləri ilə əlaqədar 6524203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) seçki bülleteni çap edilməsin nəzərdə tutulub. Seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.

Hazırda namizədlərin təbliğat-təşviqat kampaniyası da davam edir. Seçicilərlə görüşlər keçirilir, televiziya və radioa ilə namizədlərə ayrılmış ödənişsiz efir vaxtından onların ya özləri, ya da səlahiyyətli nümayəndələri çıxışlar edir, platformalarını xalqa çatdırırlar. Mərkəzi Seçki Komissiyası isə əvvəlki seçkilərdən fərqli olaraq bir yenilik edib. Belə ki, MSK adından mobil operatorlar vasitəsilə seçicilərin telefonlarına seçkiyə gəlib səsvermə hüququndan istifadə etmək barədə mesajlar göndərilir. Seçici aktivliyinin yüksək olması üçün bu müsbət addımlardan sayılır.

Prezident seçilmək üçün isə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsini almaq tələb olunur. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq uzağı 10 gün ərzində prezident seçkisinə yekun vurub nəticələrini təsdiq üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsinin qəti qərarı elan olunduğu gündən başlayaraq yeni prezident 3 gün ərzində and içməlidir.

Novator.az bildirir ki, konstitusiyaya görə, yeni seçilmiş prezident and içdiyi gün Nazirlər Kabineti istefa verir. Kabinetdə bu şəxslər yer alır: Əli Əsədov – baş nazir, Yaqub Eyyubov – baş nazirin birinci müavini, Şahin Mustafayev, Əli Əhmədov – baş nazirin müavinləri, Ceyhun Bayramov – xarici işlər naziri, Zakir Həsənov – müdafiə naziri, Vüqar Mustafayev – müdafiə sənayesi naziri, Vilayət Eyvazov – daxili işlər naziri, Fikrət Məmmədov – ədliyyə naziri, Kəmaləddin Heydərov – fövqəladə hallar naziri, Samir Şərifov – maliyyə naziri, Mikayıl Cabbarov – iqtisadiyyat naziri, Pərviz Şahbazov – energetika naziri, Məcnun Məmmədov – kənd təsərrüfatı naziri, Rəşad Nəbiyev – rəqəmsal inkişaf və nəqliyyat naziri, Sahil Babayev – əmək və əhalinin sosial müdafiəsi naziri, Teymur Musayev – səhiyyə naziri, Emin Əmrullayev – elm və təhsil naziri, Adil Kərimli – mədəniyyət naziri, Fərid Qayıbov – gənclər və idman naziri, Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri, Tahir Budaqov – Dövlət Statistika Komitəsinin sədri, Şahin Bağırov – Dövlət Gömrük Komitəsinin sədri, Anar Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi, Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi, Mürsəl İbrahimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi, Fuad Nağıyev – Dövlət Turizm Agentliyinin sədri, Qoşqar Təhməzli – Qida Təhlükəsizliyi Agentliyinin sədri.

Prezident baş naziri Milli Məclisin razılığı ilə, Nazirlər Kabinetinin başqa üzvlərini birbaşa təyin edir.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin hazırkı tərkibində seçkidən sonra dəyişikliklər olacaq. Həm yerdəyişmələrin olacağı, həm də kabinet üzvlərinin bəzilərinin bu dəfə kənarda saxlanacağı gözlənilir. Bütün bunlar ölkədə yeni islahatlar prosesinin tərkib hissəsi olaraq reallaşdırılacaq və yeni dövrün başlanmasının bir mərhələsi olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198066

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829