Araikin müsahibəsi buna görə yayımlanmadı – Sensasion iddia

30.03.2024 - 11:30

Erməni ekspert Artur Ambartsumyan Bakıda həbsdə olan separatçı Araik Arutyunyanın müsahibəsinin yayımlanmaması barədə sensasion iddia səsləndirib. Cumhuriyyet.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bunu Ermənistan hakimiyyətinin hansısa güzəştə getməsi ilə əlaqələndirib.

Ambartsumyanın fikrincə, rəsmi İrəvan Araikin müsahibədəki etiraflarının beynəlxalq aləmə yayılmasından, Ermənistana problem yaratmasından ehtiyat edib və hansısa güzəştlərə gedib. Əvəzində isə Bakıdan Araikin müsahibəsinin yayımlanmamasını xahiş edib.

Qeyd edək ki, Artur Ambartsumyanın bu iddiası bəzi erməni eksperləri tərəfindən təkzib edilib.

Xatırladaq ki, Qarabağda ləğv edilmiş separatçı rejimin başçısı Araik Arutyunyanın AzTV-yə müsahibəsinin martın 28-də yayımlanacağı açıqlanmışdı. Lakin ötən gün sözügedən müsahibə efirə getməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=199740

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930