“Laçın” qırıcısı Azərbaycana təhvil verildi

21.05.2024 - 13:01

“Laçın” adının verildiyi, modernləşdirilmiş “SU-25 ML” markalı qırıcı təyyarəsi Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Bu barədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətindən məlumat verilib.

Bildirilib ki, sözügedən qırıcı analoqlarından bir sıra cəhətlərinə görə fərqlənir. Onlardan biri həmin təyyarənin idarə olunabilən “Teber” aviasiya bombaları və raketlər, eləcə də qanadlı raketləri idarə etməyə imkan verən avadanlıqlarla təchiz olunmasıdır. Həmin silahlar da məhz Türkiyədə istehsal edilib.

Bununla yanaşı, təyyarənin komplektasiyasına raketləri lazer vasitəsilə istiqamətləndirə bilən KGK tipli avadanlıqlar da daxil edilib. Təyyarələrdə qanadların açılması hesabına uçuş məsafəsinin artırılması, kəskin hava şəraitində müşahidə qabiliyyətinin yüksəldilməsi, eləcə də ANS/KKS proqram təminatı da quraşdırılıb.

Xatırladaq ki, “Laçın” təyyarələrində nəzərdə tutulan “KGK” avadanlığının əsas üstünlüyü raketin buraxıldığı yerdən 110 kilometrlik məsafədəki hədəfi məhv edə bilməsi üçün doğru istiqamətləndirmək, eləcə də 37 kilometrdən də artıq yüksəklikdən atılan raketi belə dəqiq tuşlamaq qabiliyyətidir.//APA

Short URL: http://www.cumhuriyyet.net/?p=200445

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930