Əhaliyə sarı və narıncı XƏBƏRDARLIQ – Mayın 25-də…

25.05.2024 - 11:06

Mayın 25-də Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Mingəçevir, Bərdə, Gədəbəy, Daşkəsən, Salyan və Neftçalada, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz və Babək rayonlarında sarı xəbərdarlıq edilib. Yəni küləyin sürəti 13.9-20.7 m/san-dək olacaq. İctimai təhülkəsizliyə, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.

Həmçinin Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Goranboy və Culfa rayonlarında narıncı xəbərdarlıq edilib. Bu rayonlarda küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. İctimai təhülkəsizliyə, yaşayış sahələri və əmlak üçün yüksək risk gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=200538

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031