Keşiş Baqrat İrəvanda aranı qarışdırdı + VİDEO

27.05.2024 - 11:34

Ermənistandakı rusiyapərəst və revanşist müxalifətin, eləcə də onların xidmətində duran Erməni Kilsəsinin ortalığa atdığı keşiş Baqrat Qalstanyan İrəvanda vəziyyəti qarışdırmaq üçün növbəti etiraz aksiyasına başlayıb.

“AzPolitika” Ermənistan mətbuatına istinadla xəbər verir ki, sayları az olan etirazçılar Qalstanyanın tapşırığı ilə İrəvanda və bəzi bölgələrdə yolları kəsiblər. Qeyd edilir ki, Baqrat şəxsən özü qara rəngli “cip”lə Abovyan – Sayat Nova küçələrinin kəsişməsini bağlayıb.

Tərəfdarlarının sayının getdikcə azaldığını görən Qalstanyan kütləvi mitinq təşkil edə bilmədiyi üçün yolları bağlayaraq, gərginlik yaratmağa çalışsa da, erməni polisi bu cəhdlərin qarşısını alır və bu zaman etirazçılarla polis arasında qarşıdurma yaranır. Artıq müxtəlif mənbələrin məlumatına görə, 130-dan artıq aksiya iştirakçısı saxlanılıb. Onların arasında parlamentdəki Koçaryna-Sarqsyan qüvvələrini təmsilı edən “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyan, həmçinin KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da var.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları səhər tezdən başlayıb. Etirazçılar Azatutyun, Maştots, Tiqran Mets, Koryun, Moskovyan, Teryan küçələrini bağlayıblar.

Baqrat Qalstanyan bazar ertəsi səhər etirazların bərpa olunduğunu elan edib. O, bəyan edib ki, yalnız Lori və Tavuşa gedən yollar açıq qalmalıdır: “Meğridən başlayaraq bütün digər mümkün və qeyri-mümkün yollarla, hər yerdə vətəndaş itaətsizliyi aktları baş verəcək”.

Bu arada Rusiya mətbuatı və telekanalları İrəvandakı etirazları geniş şəkildə işıqlandırırlar. Paşinyan hökuməti isə hələlik Baqratın təşkil etdiyi aksiyalara soyuqqanlı yanaşır. Nikol Paşinyanın özü bu gün Ermənistanın təbii fəlakət baş verən bölgələrinə gedib.

Xatırladaq ki, bundan öncə Paşinyan dövlətin açıq şəkildə siyasətə qarışan Erməni Kilsəsilə bağlı tədbirlər görəcəyinə dair anons verib.

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları davam edir.

Artıq səhər saatlarında İrəvanın mərkəzində polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Ermənistan hüquq-mühafizə orqanlarından verilən məlumata görə, polisə müqavimət göstərən 67 nümayişçi saxlanılıb.

***

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, aksiya İştirakçıları Ermənistanda İrana gedən yolu bağlayıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=200623

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031