Davudoğludan Ərdoğana siyasi dəstək

29.03.2015 - 00:54

davudoqluTürkiyənin prezident üsul-idarəçiliyinə keçməsinə ehtiyacı var. Cumhuriyyet.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə baş nazir Əhməd Davudoğlu “Habertürk” telekanalına müsahibəsində bildirib.

“Türkiyədə prezident idarəçiliyinin tətbiqi doğru olardı. Bu gün ölkədə idarəçilik sistemi nə parlament tiplidir, nə prezident, nə də yarım-prezident tipli” – deyib baş nazir.

Davudoğlu əlavə edib ki, Türkiyədə siyasi sistem hakimiyyət qollarının hər birinin dəqiq məsuliyyəti müəyyən edilməklə tam parlament və ya tam prezident tipli olmalıdır.

Bu zaman baş nazir məsələdə onunla prezident Rəcəb Tayyib Ərdoğan arasında fikir ayrılığının mövcudluğu barədə KİV-lərdə yayılan xəbərləri təkzib edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=20095

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728