Kürdəmirdə aksiya: Bakıya şikayət göndərmiş şəxsin həbsi narazılıq yaradıb

29.03.2015 - 14:41

kurdemrKürdəmir rayonunda yerli sakinlər piket keçiriblər. Yerli mənbələrdən musavat.com-a daxil olan məlumata görə, piketin keçirilməsinə səbəb yerli sakinlərdən birinin həbs edilməsidir.

Belə ki, həmin şəxsin Kürdəmir rayonunda mövcud olan vəziyyətdən Bakıdakı dövlət orqanlarına şikayət etdiyi bildirilir. Həmin şikayətdən xəbər tutan rayon rəhbərliyi onu həbs ediblər. Rayon rəhbərliyinin ba addımı Kürdəmir sakinləri arasında ciddi narazılıq yaradıb. Nəticədə təxminən 60-70 nəfərlik bir narazı qrup Kürdəmir rayon məhkəməsinin qarşısında piket keçirib. Və Kürdəmirdəki vəziyyətdən Bakıdakı mərkəzi dövlət orqanlarına şikayət etdiyinə görə həbs olunmuş həmin şəxsin azad olunması tələb edilib.

Rayon sakinlərinin verdiyi məlumata görə, tələblərinə hələlik müsbət cavab ala bilməyən piketçilər bir azdan Kürdəmir rayon İcra Hakimiyyətinin qarşısına toplaşmaq qərarına gəliblər.

Bu barədə müəyyən əlavə informasiyalar aldıqdan sonra daha geniş məlumat veriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=20122

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728