Həcdə ölən zəvvarların sayı 1000 nəfəri ötüb: azərbaycanlılar hansı təhlükələrlə üzləşdilər?

20.06.2024 - 16:49

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı min nəfəri keçib. Bu barədə AFP məlumat yayıb. Daha əvvəl 600 zəvvarın öldüyü barədə məlumat verilmişdi. Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturu, demək olar, 52 dərəcəyə çatıb. Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır. Bu il təqribən 1 milyon 830 min zəvvar Həcc ziyarətinə gedib, onlardan 1,6 milyonu əcnəbidir.

Bəs azərbaycanlı zəvvarlarla bağlı vəziyyət necədir? Modern.az Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi məsulu Vüsal Cahangiri ilə əlaqə saxlayıb. Sayta açıqlamasında Vüsal Cahangiri bildirib ki, bütün təhlükələr sovuşub: “Çətin şərait Mina və Ərəfat dağlarında, Müzdəlifə çölündəydi. Artıq sözügedən ərazilərdəki ziyarət yekunlaşıb. Bütün təhlükələr sovuşub. Ölənlər ayrı-ayrı ölkələrdən qaçaq, qeyri-qanuni gələn, avtobusu, çadırları, sərin suları, yeməkləri olmayan, piyada insanlardır”.
V.Cahangiri vurğulayıb ki, ölənlər arasında azərbaycanlı zəvvar yoxdur: “Ölənlər arasında azərbaycanlılar yoxdur. Bizim zəvvarlar üçün sərin su, kondisioner, avtobus – hər şey tədarük olunub. Ola bilər kimdəsə, bir az günvurma, halsızlıq, boğaz şişməsi olub. Lakin həmin şəxslər barədə zəruri tədbirlər görülüb. Hazırda bütün zəvvarlar oteldə dincəlirlər. Gözəl şərait var, heç bir problem yoxdur. İndi hamı Mədinəyə getməyi gözləyir”.
Qeyd edək ki, azərbaycanlı zəvvarların ilk qrupu iyunun 26-da vətənə qayıdacaq. Sonuncu qrup Azərbaycana iyulun 1-də dönəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201525

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031