Seçki Məcəlləsinə dəyişiklik edilib

21.06.2024 - 16:01
Şəxsiyyət vəsiqəsi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir. Bu barədə məsələ Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.
Məlum olduğu kimi, 1 sentyabr 2018-ci ildən ölkədə yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq edilir. Bununla əlaqədar “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilib, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilib.

Təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq, vəsiqənin “verilmə tarixi” deyil “etibarlılıq müddəti göstərilir. Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranmışdır. Bu məqsədlə “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi hazırlanıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=201600

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930