İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı 10-cu təkliflər paketini alıb

26.06.2024 - 13:24

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı 10-cu təkliflər paketini alıb. Musavat.com bildirir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Qeyd olunur ki, iyunun 7-də Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmaq üçün kifayət qədər vaxt yetişib və Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması, imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazırdır.
“Proses kifayət qədər dinamikdir, bəzən irəliləyiş var, bəzən isə yox. Biz işləyirik”, – Qriqoryan bildirib.
Erməni mediası xatırladır ki, iyunun 4-də Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyi məlum olub.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, bu ilin noyabrına qədər Ermənistanla sülh sazişinin imzalanması kifayət qədər realdır. Eyni zamanda, o qeyd edib ki, bu sənədin imzalanması “Ermənistan Respublikasının Konstitusiyasını dəyişdirmədən mümkün deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201852

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031