Əhaliyə sarı və narıncı XƏBƏRDARLIQ

26.06.2024 - 15:29

Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə, bu gün və sabah səhər saatlarınadək ölkə ərazisundə qeyri-sabit hava şəraiti hökm sürəcək. Ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacağını, güclü külək əcəcəyini nəzərə alaraq, narıncı və sarı xəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlara müraciət edirik:

Musavat.com-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. O qeyd edib ki, hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən açıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməsini, gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərə alınmasını vacib bilirlər.

İ.İbrahimova vurğulayıb ki, sarı və narıncı xəbərdarlıq sərt hava dəyişkənliyindən xəbər verir, faktiki hava məlumatlarından da görünür ki, bəzi yerlərdə leysan yağış yağır, çaylardan sel keçir, güclü külək davam edir: “Buna görə də davamlı şəkildə açıqlanan xəbərdarlıq çağırışlarını ciddiyə almaq vacibdir. Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür”.

Nazirlik sözçüsü qeyd edib ki, hər birimizin həyatı üçün gözlənilən təhlükə barədə daha geniş auditoriyanın əhatə olunması ilə əhalinin məlumatlandırılması olduqca zəruridir: “Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır”.

İ.İbrahimovanın sözlərinə görə, ardıcıl olaraq vətəndaşlarlmızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur. “Odur ki, verilən hava məlumatlarını, xəbərdarlıqları izləməyi unutmayın, ciddiyə alın və ehtiyatı əldən verməyin. Bilməliyik ki, hər birimizin ehtiyatsızlığı fəlakətə səbəb ola bilər”.

Mətbuat katibi bildirib ki, verilən hava xəbərdarlıqları hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməli və maksimum dərəcədə ehtiyatlı olmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=201866

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031