Bakınin bir rayonunda ciddi kadr islahatı: tramvay ustası yerinə polis rəisi…

08.07.2024 - 14:59

Səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikeri Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı da Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əziz İmran oğlu Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Hər iki şəxs haqqında məlumatı cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
Adil Əliyev bu təyinata kimi VI çağırış Milli Məclisin vitse-spikeri olub. Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Maxta kəndində anadan olub. Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının Mühəndis-şturman fakültəsini, Azərbaycan Polis Akademiyasını və BDU-nun magistraturasını bitirib.
1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili, rəis müavini işləyib. 1999–2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsi Xətt polis şöbəsinin rəisi, bölmə inspektoru olub. 2002-ci ildən Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin bölmə rəisi, Yasamal rayon Polis İdarəsinin şöbə rəisi, 2004–2005-ci illərdə Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrində çalışıb.
Üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
«İgidliyə görə» medalı ilə təltif edilib. Rus dilini bilir.
Adil Əliyev Milli Məclisdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilmişdi.
2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini idi.
Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
Evlidir, 3 övladı var

Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasını mühəndis ixtisası üzrə bitirib. O, 1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub, 2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202570

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031