Azərbaycan və Ermənistan “yekun razılaşmaya çox yaxındır” – Blinken

11.07.2024 - 11:58

Birləşmiş Ştatlar çərşənbə günü bəyan edb ki, Azərbaycan və Ermənistan “yekun razılığa gəlməyə çox yaxındır”. Turanın Vaşinqton müxbiri xəbər verir ki, bunu baş diplomat Antoni Blinken çərşənbə günü Vaşinqtonda xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə üçtərəfli görüşü açarkən deyib. Blinken, “qalıcı, şərəfli və fövqəladə bir fürsət” adlandırdığı yekun razılaşmanın əldə edilməsinin hər iki ölkə, region və onların ABŞ ilə əlaqələri üçün vacibliyini vurğulayıb.

“Bu proses boyu Birləşmiş Ştatlar Avropa İttifaqı və Avropadakı bir çox həmkarları ilə birlikdə yardım və dəstəyini əsirgəməyib. Bu gün bizim əldə edilmiş irəliləyişləri qiymətləndirmək imkanımız var”. “İnanıram ki, hər iki ölkə ABŞ-ın güclü şəkildə dəstəkləyəcəyi yekun razılaşma əldə etməyə çox yaxındır”, – o əlavə edib. “Beləliklə, mən bu gün harada olduğumuzu bir daha qiymətləndirmək və ABŞ-ın razılığa gəlməyinizə kömək etmək üçün daha nələr edə biləcəyini görmək fürsətinə görə minnətdarlığımı bildirirəm” dedi.

Short URL: http://www.cumhuriyyet.net/?p=202782

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930