YAP yaxın 3 gündə namizədlərini elan edəcək

11.07.2024 - 12:02

Yeni Azərbaycan Partiyası (YAP) qarşıdakı 3 gün ərzində 1 sentyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayacaq. “AzPolitika” xəbər verir ki, hakim partiyanın namizədləri ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir.

Qeyd olunur ki, hazırkı deputat korpusunda ciddi dəyişikliklər gözlənilir, paytaxtda və iri şəhərlədə YAP yeni simaların namizədliyini irəli sürəcək. Hakim partiyanın və ümumilikdə parlament tərkibinin təxminən 30-40 faiz yenilənəcəyi gözlənilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) dünən açıqladığı məlumata görə, cəmi 156 şəxs namizədliyini irəli sürmək üçün Dairə Seçki Komissiyalarına müraciət edib. Bu, seçkilərə 50 gün qaldığı müddətdə olduqca kiçik göstəricidir.

Məlumdur ki, millət vəkili seçilmək arzusunda olan bitərəflər, hətta özünü müxalifət adlandıran bəzi partiyaların nümayəndələrinin əksəriyyəti YAP-ın namizədlərinin açıqlanmasını gözləyir. Bu zaman hansı seçki dairələrində hakimiyyət üçün prinsipial, yaxud “qurbanlıq” namizədlər olduğunu təxmin etmək mümkün olacaq. Seçki yarışı, bitərəf namizədlərin təbirincə desək, hakim partiyanın “boş buraxdığı” dairələrdən seçilmək uğrunda gedəcək.

Bəzi iddialı şəxslərin “səhhətim yaxşı deyil, həkimin rəyindən sonra qərarımı verəcəm”, “namizəd olmaq istəyirəm, amma qəti qərar hələ verməmişəm”, “yaxın günlərdə bir qərarım olacaq” tipli açıqlamaları da YAP-ın siyahısının açıqlanmasına hesablanmış bəhanələrdir. Əsas gözlər iqtidar partiyasının namizədlər siyahısı ilə bağlıdır.

Qeyd edək ki, YAP ötən seçkilərdə Milli Məclisdə 68-75 deputatla təmsil olunub. Hakim partiya üçün prinsipial məsələ əsas qanunların qəbul olunması üçün tələb olunan 63 səsə malik olmaqdır. Bu, hakimiyyət üçün vacib baryerdir, onun təmin olunmasından sonra qalan seçki dairələrində partiya rəhbərliyinin məqbul bildiyi müstəqil namizədlərə şərait yaradılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=202787

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031