Ermənistan sərhədçiləri azərbaycanlı sürücünü döyüb öldürdü – VİDEO

13.07.2024 - 14:26

İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib. Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Teleqram kanallarında yayılıb.

İnsident milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin “Nurduz” sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.

Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər.

Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.

Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=202877

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930