“Qarabağ” ermənilərə yerini göstərdi, çempion oldu – VİDEO
Moskvanın şərq divizionun futzal üzrə həvəskərlar çempionatında “Qarabağ Moskva” adı altında çıxış edən komanda Qarabağ adını layiqincə təmsil edir.
ANS PRESS-in məlumatına görə, milliyətcə azərbaycanlılardan təşkil olunan komanda çempionatın yarımfinal mərhələsində ermənilərin “Ararat” klubunu məğlub edərək finala çıxıb və finalda qələbə qazanaraq kuboka sahib olub.
Rusiyanın paytaxtı Moskvada “Qarabağ” adlı klub var. Azərbaycanı təmsil edən komandanı 2013-cü il yanvarın 10-da Moskvada yaşayan həmvətənlərimiz tərəfindən yaradılıb.
Kollektiv əsasən Moskvada yaşayan gənclərdən və tələbələrdən ibarətdir. İlk olaraq Moskva Mini Futbol Həvəskar Liqasının Şərq Divizionunda mübarizəyə qoşulan klub, debütdəcə Liqanın və “Silver Cup”ın qalibi olub. Daha sonra 2013-cü ilin may ayında “Lujniki”də baş tutan futbol spartakiadasında 96 komanda arasında 3-cü olmağı bacarıb. Bu uğurdan sonra klubun 4 oyunçusu – Pərviz Abdinov, Sərxan Rzazadə, Aleksandr Revunov və Elnur Vəliyev Ryazan şəhərində təşkil olunan ənənəvi “Myaç Dobra” futbol turnirində Azərbaycan diasporunun Ryazan şəhərinin “Kaspiy” klubuna dəvət alıblar. Sonda sözügedən turnirin qalibi məhz “Kaspiy” kollektivi olub.
Qeyd edək ki, komanda finala gedən yolda Ermənistanın “Ararat” klubuna qalib gəlib. Finalda “Paxtakor”dan güclü olan “Kaspiy” bununla da çempionluq sevinci yaşayıb.
Yay fasiləsindən sonra “Qarabağ” adlı komanda yenidən Şərq Divizionunda mübarizə aparır. Həmin mövsüm kollektiv 2-ci yeri tutub. Bundan sonra klubda maliyyə problemləri yaşandığından, komanda fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Buna baxmayaraq, klub öz maddi hesabına ötən il dekabr ayından çıxışını bərpa edib.
Qeyd edək ki, Elnur Vəliyev Moskvada Rusiya Futbol İttifaqının təşkil etdiyi C kateqoriyalı məşqçi kurslarında iştirak edərək, kursun yekununda imtahan nəticəsində C kateqoriyalı lisenziyani alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=20893