Polis Hadı Rəcəblinin obyektində əməliyyat keçirtdi – 5 nəfər həbs edilib

04.04.2015 - 17:35

hadirecebliPolis Lənkəranın “Palıdlı sahil” İstirahət Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində 5 nəfər həbs edilib. Bu barədə istiqlal.az-a Lənkərandakı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, əməliyyatın movivi bəlli deyil: “Bu barədə rəsmi izahat hələ yoxdur. Təkcə o bəllidir ki, həbs edilənlər gənclərdir. Onlardan biri 2004-cü ildə Ginnesin rekordlar kitabına adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadədir”.

Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord “Ginnesin Rekordlar Kitabına” düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb. “Palıdlı sahil” İstirahət Mərkəzi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbliyə məxsudur.

Short URL: http://www.cumhuriyyet.net/?p=21188

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031