Fars-molla rejimi “Yaşasın Azərbaycan” şüarına dözmədi: polis hərəkətə keçdi

06.04.2015 - 13:55

guneyazİranda Məlikkəndi şəhərində azərbaycanlıların “Təbiət günü” mərasimi yarımçıq qalıb.  2 apreldə İranda “Təbiət günü” kimi tanınan gündə, bayramın son günü olaraq insanlar təbiət qoynuna çıxaraq əylənirlər. Bu mərasim 6 ildir Məlikkəndidə Azərbaycan musiqiləri və rəqsləri ilə daha da zənginləşib. Ailələr təbiət qoynuna gedib, Azərbaycan musiqilərinin sədaları altında rəqs edirlər.

Lakin bu dəfə “Təbiət günü” ərəfəsində İranın təhlükəsizlik qüvvələri bir neçə gün öncədən azərbaycanlı gənclərə tədbirə getməməyi tapşırıblar. Hədələrə baxmayaraq gənc ailələr mərasimi keçiriblər. Polis qüvvələri isə mərasimin keçirildiyi yerə hücum edərək mərasimi dağıtmağa çalışıb. Bu hücuma səssiz qalmayan mərasim iştirakçıları isə “Azərbaycan bir olsun, istəməyən kor olsun” və “Yaşasın Azərbaycan” kimi şüarlar səsləndiriblər. Şüar səsləndirənlər polis təzyiqinə məruz qalıb. 5 nəfər həbs edilib. (bizimyol.info)

rrtt

 

Short URL: http://www.cumhuriyyet.net/?p=21318

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728