Dollar hər gün bir az bahalaşır
Bu gün aprelin 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 7-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0009 manat və ya 0,09% bahalaşaraq 1,0496 manat səviyyəsində qərarlaşıb.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0039 manat və ya 0,34% ucuzlaşaraq 1,1482 manat olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=21531