Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığının verilmə şərti – RƏSMİ

08.04.2015 - 16:05

esirDövlət Miqrasiya Xidməti ermənilərə Azərbaycan vətəndaşlığı verilməsinin şərtlərini açıqlayıb. ANS PRESS-in məlumatına görə, DMX-nin rəisi Fürudin Nəbiyev jurnalistlərə açıqlamasında deyib ki, bu məsələyə baxıla bilər.

Xidmət rəisi qeyd edib ki, bu məsələ yalnız Azərbaycanın işğal olunmuş torpaqları azad olunduqdan sonra mümkün ola bilər.

Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Andranik Qriqoriyanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə könüllü keçməsindən sonra Milli Məclisdə bu məsələ qaldırılmışdı.

Deputat Zahid Oruc və İqbal Ağazadə Dağlıq Qarabağ ermənilərinə vətəndaşlıq verilməsi barədə düşünməyin vaxtı çatdığını bildirmişdilər. Hətta İqbal Ağazadə aidiyyatı orqanları hərəkətə keçməyə çağırmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=21798

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728