Ziya Məmmədov öz qardaşıoğlunu vəzifədən azad etdi

15.04.2015 - 12:57

Ziya Məmmədov (2)Nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxardığı şəxsin kimliyi bəlli olub. “Qafqazinfo” xəbər verir ki, Rövşən Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. Nazir onu “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi vəzifəsindən azad edib.

R. Məmmədovun atası Loğman Məmmədov isə Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edir. Nazirin qardaşı oğlunun yerinə təyinat alan şəxs isə Elmixan Hacıyevdir. O, əvvəl nazirlikdə təhlükəsizlik xidmətində işləyib.

Qeyd edək ki, ötən il Loğman Məmmədovun qızı Günay Ələsgərova avtomobil qəzasında dünyasını dəyişib. Xatırladaq ki, Rövşən Məmmədov 2012- ci ildə bu vəzifəyə təyin edilib. O vaxta qədər MMC-nin rəisi Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=22614

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728