Azərbaycan Müdafiə Nazirliyində həbslər: Saxlanılanlardan biri Milli Qəhrəmandır.

29.07.2015 - 11:04

Mudafie_NazirliyiAzərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Azərbaycan Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər. Cumhuriyyet.az xəbər verir ki, haqqin.az bu barədə etibarlı mənbələrə istinadən məlumat yayıb. Daha sonra Səbail rayon məhkəməsi onların barəsində qarşı həbs qətimkan tədbiri tətbiq edib, sayt yazır.

Baş hərbi müfəttişliyin əməkdaşları rüşvətxorluqda ittiham edilirlər. Haqqin.az redaksiyasına saxlanılan yüksək vəzifəli zabitlərin adları məlumdur, amma dəfələrlə edilən müraciətlərə baxmayaraq Baş prokurorluq saxlanılan şəxslərin adını açıqlamayıb. Həbslər barədə dövlət başçısı İlham Əliyevə məlumat verilib.

Yüksək vəzifəli şəxslərin cəlb edildiyi korrupsiya qalmaqalının araşdırılması ölkə prezidentinin şəxsi sərəncamı üzrə aparılır. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrində müfəttişlik fəaliyyəti göstərən Hərbi müfəttişliyin rəisi, Qaradağ rayonunun sabiq hərbi komissarı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur.

O, bu vəzifəyə yeni müdafiə naziri Zakir Həsənovun dövründə təyin edilib. Lakin ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinin gözləntilərinin əksinə olaraq, hərbi idarənin əsas bölmələrindən birində neqativ halların qarşısı alınmayıb, əksinə, belə hallar daha da geniş miqyas alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=28924

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728