“Qəbələ” yunanlara şok yaşatdı: qələbəyə bərabər heç-heçə

31.07.2015 - 00:21

rrBu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulur. ANS PRESS-in məlumatına görə, Azərbaycanı təmsil edən “Qəbələ” ilk matçına səfərdə çıхıb. Hesabı ev sahibləri açıb.

Premyer Liqanın bürünc mükafatçısı Cənubi Kiprdə “Apollon”un qonağı olub. Oyun Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda keçirilib. Matçı ukraynalı FIFA referisi Sergey Boyko idarə edib. Oyunun 90+1-ci dəqiqəsində hakim “Qəbələ” komandası üçün penalti təyin edilib. Cavid Hüseynov hesabı bərabərləşdirib. Oyun bu hesabla da başa çatıb.

Qeyd edək ki, 1954-cü ildə yaradılan “Apollon” klubu indiyədək 3 dəfə Cənubi Kipr çempionu, 7 dəfə ölkə kubokunun qalibi olub. “Qəbələ”nin rəqibi cari mövsümdə Avropa Liqasının I və II təsnifat mərhələlərində Moldovanın “Saksan” (2:0, 2:0) və Litvanıni “Trakai” (4:0, 0:0) klublarını mübarizədən kənarlaşdırıb. “Qəbələ” isə Tiflis “Dinamo”sundan (1:2, 2:0) və Serbiyanın “Çukariçki” (0:1, 2:0) klubundan üstün olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=29046

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728