Metroda kart siyasətinin pərdəarxası: Gediş haqqı da artırılacaq!

06.08.2015 - 01:58

«Yeni kart əməliyyatı»ndan dərhal sonra, metro rəhbərliyi gediş haqqının artırılmasının qaçılmaz olduğunu «telli sazda dınqıldatmağa başlayacaq»

bakı metropolitenBu gün yerli KİV-in yaydığı bir xəbərdə deyilir ki, «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti metro nəqliyyatında gediş haqqının «yeni nağdsız üsulu»na – «Bakı Kart» vahid nağdsız ödəniş katlarının tətbiqinə keçir. Məlumatı Səhmdar Cəmiyyət özü yayıb . Yeni kartların avqustun 8-də satışa çıxarılacağı bildirilir.
Bəs, könə kartların taleyi necə olacaq və ümumiyyətlə, indiki şəraitdə Bakı metrosunda «yeni kart»ların tətbiqinə lüzum varmı?
Zaman-zaman metroda sərnişin daşımalarının maya dəyərinin sərnişindaşıma qiymətlərini xeyli üstələməsindən və bunun dolayı nəticəsi olaraq, maliyyə çatışmazlığından şikayətlənən metro rəhbərliyinin yeni xərc altına girərək, «yeni kart» tətbiqinə qol qoyması, yumşaq desək, xeyli «qaranlıq» mətləblərdən xəbər verir. Belə ki, «yeni kart»ların tətbiqinə keçid avtomatik olaraq, yeni xərclərə rəvac vermək deməkdir və çoxlu sayda yeni avadanlıqların satın alınmasını, yeni kartların işlənib hazırlanmasını (istehsalını) qaçılmaz edir. Bu da böyük məbləğlərdə məsrəf deməkdir ki, avtomatik olaraq, Bakı Metrosunda sənişindaşımanın maya dəyərinə əlavə ediləcək.
Azərbaycan məmurlarının, vəzifəli şəxslərinin bu sahədə «qazanmış olduğu» naqis təcrübə və formalaşdırdığı kriminal ənənə fonunda Bakı Metropoliteni rəhbərliyinin bu addımının Azərbaycan iqtisadiyyatına yaxşı heç nə vəd etmədiyini düşünməmək olmur. Məlum olduğu kimi, satınalmalar, işgörmələr və s. mərhələsində adətən, qiymət şişirtmələrinə rəvac vermək yolu ilə dövlət vəsaitlərinin mənimsənilməsi çağdaş Azərbaycanda artıq «milli mentalitet» nümunəsinə çevrilib, oğurluq milli idman növü məqamına yüksəlib. Bu arqumentdən çıxış etsək, əminliklə proqnoz etmək olar ki, «yeni kart əməliyyatı»ndan dərhal sonra, metro rəhbərliyi gediş haqqının artırılmasının qaçılmaz olduğunu «telli sazda dınqıldatmağa başlayacaq» və «Tarif Şurası»nın «saqqalının altından keçə bilsə», gediş haqqını qaldırmağa nail olacaq. Bu da o anlama gəlir ki, metro rəhbərliyinin belə yersiz «şıltaqlığı»nın doğurduğu külli xərc vətəndaşların (köməksiz Azərbaycan istehlakçılarının) onsuz da boşaldılmış cibindən «misqal-misqal» çıxarılacaq…
Xəbərdə qeyd olunur ki, yeni kartların istehlakçılara satış qiyməti 2 manat olacaq. Bu da düşünməyə yetərincə əsas verir ki, yeni kartlar heç də köhnə kartlardan keyfiyyətli olmayacaq! Belədə, məntiqi sual yaranır: Daha kartları dəyişməyə nə ehtiyac varmış?!
Metro rəhbərliyinin «köhnə kart»ların taleyi barədə elan etdiyi qərar isə bütün parametrləri üzrə istehlakçıları ələ salmaqdan, onların hüquqlarını görünməmiş qabalıqla pozmaqdan başqa bir şey deyil! Məsələ belədir – köhnə kartların tətbiqinə keçərkən, metro rəhbərliyi elan etmişdi ki, kart almış sərnişin istədiyi vaxt onu qaytarıb, ödədiyi 2 manatı geri ala bilər. İndiyə qədər də belə idi – kim kartı qaytarırdısa, 2 manatını geri ala bilirdi. Fəqət, metronun «yeni şef»i elan edir ki, köhnə kartın alınması üçün sərnişinin ödədiyi 2 manat yalnız «yeni kart»ın balansına oturdulmaq şərtilə «geri qaytarıla» bilər.
Sual olunur: Hansı əsasla? Bəlkə sərnişin kart üçün ödəmiş olduğu 2 manatı alıb, bir daha metronun xidmətindən istifadə etməyəcək?!
Burası «kriminal şitillik» Azərbaycanı…

Mirzə AĞ, AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29298

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031