XİN Suriyadakı səfirliyimizin erməni məhəlləsində yerləşməsi məsələsinə aydınlıq gətirdi

18.08.2015 - 12:59

xinXarici İşlər Nazirliyi bəzi KİV-lərdə Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində yerləşən Suriya Ərəb Respublikasındakı Səfirliyinin erməni məhəlləsində yerləşməsi və bununla əlaqədar Azərbaycanın xüsusi xidmət orqanları və XİN-in tədbir görməli olması barədə gedən yazılara münasibət bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yayılan məlumatın düzgün olmadığını qeyd edib:

“Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində mənzillənən Suriya Ərəb Respublikasındakı Səfirliyi Beyrutun Nəqqaş Rabia rayonunda yerləşir. Dəqiq ünvan isə belədir: Əl-Mətn, Antillyas, Əl-Rəhbani küçəsi, Aramta mərkəzi. Beyrutda ermənilərin kütləvi şəkildə yaşadıqları rayon isə Burc Hammud adlanır.

Əgər müqayisə üçün desək Beyrutda səfirliyin yerləşdiyi rayon ilə Burc Hammud arasındakı məsafə fəqri təqribən Bakının Səbayıl rayonu ilə Əhmədli arasındakı fərqə bənzəyir. Bununla belə, Livan və Beyrut ilə yaxından tanış olan şəxslər bilirlər ki, ermənilər kompakt yaşadıqları Burc Hammud ilə bərabər Beyrutun digər rayonlarına da səpələnmişlər”.

Beyrutda Azərbaycan səfirliyinin yerləşdiyi ərazidə digər ölkələrin diplomatik nümayəndəliklərinin olması barədə suala cavabında H.Hacıyev isə deyib: “Bu ərazidə və Azərbaycan səfirliyinin qonşuluğunda Türkiyə, Yunanıstan, ABŞ, Meksika və Fransanın səfirlikləri vardır. Səfirlik əməkdaşları da diplomatik rayon olan bu ərazidə yaşayırlar”.(Trend)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29637

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728