“Cavidlə bağlı müraciəti dəstəkləyirəm”- Aqil Abbas siyahıdan danışdı

18.08.2015 - 16:36

aqilXəbər verdiyimiz kimi, bu gün bir neçə media rəhbəri Cavid Hüseynovun məhkəmə hökmünə kimi zaminliyə buraxılması ilə bağlı prezident İlham Əliyev və Baş Prokuror Zakir Qaralova müraciət edib.

Sözügedən müraciət yayımlandıqdan sonra siyahıda adı çəkilən bir neçə media təmsilçisi belə bir müraciətə qol çəkmədiklərini bəyan edib. Qeyd edək ki, məlum siyahı sosial şəbəkələrdə geniş müzakirələrə və etiraza səbəb olub.

Qafqazinfo.az saytı bu məqamda siyahıda ilk adı çəkilən “Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbasla əlaqə saxlayıb. Deputat bu müraciəti dəstəklədiyini və təsisçisi olduğu media orqanının adından qol çəkməyə razı olduğunu bildirib: “Mən Cavid Hüseynovu həbsdə görmək istəmirəm. O, xalqa lazımdır. Razıyam, əgər günahı sübut olunsa, 10 il iş versinlər. Hələ istintaq gedir. Onun da Rasim Əliyev kimi ev-eşiyi yanıb, dağılıb. Vaxtı ilə erməni bir tərəfdən yandırıb, indi də bir tərəfdən yanır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29669

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031