Sabiq azərbaycanlı nazirin oğlu: “Həbs edilməmişəm, ailəmlə birgə evdəyəm”

21.08.2015 - 10:24

vuqarBir sıra kütləvi informasiya vasitələri dünən axşam Vüqar Ələkbərovun həbs edilməsinə dair sensasion informasiya yaymışdılar.

Həmin xəbərlərdə deyilirdi ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, “İmprotex” şirkətlər qrupunun sahibi Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov “Bandotdel” əməkdaşları tərəfindən saxlanılıb və həbs edilib. Səbəb isə “İmprotex” şirkətinin oliqarxların
müflis etdiyi Azərbaycan Beynəlxalq Bankına olan borcudur.

Virtualaz.org saytı bu xəbərə aydınlıq gətirmək üçün Vüqar Ələkbərovun özünə müraciət edib.

V.Ələkbərov barəsində yayılan bu informasiyaları qəti şəkildə təkzib edərək bildirdi ki, hazırda ailəsinin yanında, evdədir.

“Məni nəinki həbs etməyiblər, hətta heç yerə, heç bir istintaqa çağırmayıblar. Mən istintaqa cəlb olunmamışam. Bütün deyilənlər yalandır. Nə mənim özümün, nə də “İmprotex”in Beynəlxalq Banka borcumuz yoxdur” – deyə V.Ələkbərov bildirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29910

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930