DİN Mingəçevir polisindəki ölüm hadisəsinə aydınlıq gətirdi

21.08.2015 - 11:57

dinDaxili İşlər Nazirliyi (DİN) Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan şəxsin ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib: “İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.

Hazırda faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi başlanıb. “İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – deyə E. Zahidov qeyd edib.

Qeyd edək ki, bəzi KİV-də polis tərəfindən saxlanılan B. Hacvıyevin döyülərək öldürülməsi barədə məlumatlar yayılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29955

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728