Alman həkimlərdən Zəlimxan Yaquba QƏTİ GÖSTƏRİŞ: “Böyrək dəyişdirilməsi mümkünsüzdür”

22.08.2015 - 12:19

zelimxanXalq şairi Zəlimxan Yaqub Almaniyadan müayinədən qayıdıb.

Səhhəti ilə bağlı ən son məlumatı publika.az-a şair özü çatdırıb:

“Almaniyada 15 gün müayinə və müalicə olundum. Həikmlər məni təpədən-dırnağa kimi yoxladılar, analizlər götürdülər. Yenə də dedilər ki, böyrək dəyişdirilməsi mümkünsüzdür. Bərk-bərk tapşırdılar ki, özümü gözləyim. Yeməyimə-içməyimə fikir verməliyəm, nə gəldi yemək olmaz. Həkimlər ciddi pəhriz saxlamağı tapşırıblar, bir də təmiz hava. Buna görə də birbaşa Gürcüstana, dədə-baba yurdum Kəpənəkçiyə gəlmişəm. Burada da müntəzəm olaraq, dializ qəbul edirəm”.

Kəpənəkçidə kənd camaatı ilə görüşdüyünü və onlardan güc aldığını deyən şair yeni şeirlər yazdığını da dilə gətirib:

“Bura gəlişimin bir məqsədi də yeni şeirlər yazmaqdır, hamısını Bakıya gələn kimi nəşr etdirəcəyəm. Çalışıram xəstəliyə güc gəlim, mübarizə aparıram. Görək mən qalib çıxacağam, yoxsa xəstəlik? Dünən kənd camaatı ilə görüşdüm, məni ruhlandırdılar, ürək-dirək verdilər. Doğmaların qəbrini ziyarət etdim, özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, xalq şairi böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30073

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728