Mingəçevirdə gərginlik – Polis aksiya iştirakçılarının həbsinə başladı

22.08.2015 - 17:05

polis6Xəbər verdiyimiz kimi, avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi olub. İlkin məlumatda deyilirdi ki, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlu dindirilmək üçün Mingəçevir Şəhər Polis Şöbəsinə çağırılan zaman polis şöbəsi binasının 3-cü mərtəbəsindən özünü aşağı ataraq intihar edib.

Mərhumun yaxınları isə Bəhruz Hacıyevin döyülərək öldürüldüyüni iddia edərək, polis idarəsinin qarşısına yürüş ediblər. Verilən məlumata görə, yürüş zamanı onlar «Qardaşımızın qanı yerdə qalmayacaq», «Qanını yerdə qoymayacağıq» kimi şüarlar səsləndiriblər.

Aksiyanın qarşısını almaq üçün əraziyə polis qüvvələri yeridilib və yürüşün qarşısı alınıb.

Mingəçevirdən Strateq.az-a verilən məlumata görə, aksiya zamanı fəallıq edən bir neçə şəxs polis tərəfindən saxlanılıb. Eyni zamanda, əhalinin aksiyaya dəstək verə biləcəyindən narahat olan yerli hakimiyyət şəhərə əlavə qüvvələr gətirtdirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30086

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930