“Azdrama”da xalq artistlərinin davasında +18 – TƏFƏRRÜAT: “Sənin arvadını…”

24.08.2015 - 12:20

ramizAkademik Milli Dram Teatrının aktyorları, xalq artistləri Ramiz Məlik və Ramiz Novruz arasında baş vermiş əlbəyaxa davanın təfərrüatları məlum olub.

Hadisə şahidlərinin Ölkə.Az-a verdiyi məlumata görə, iki aktyor arasında münasibətlər Gümrah Ömərin qalmaqallı müsahibəsindən sonra gərginləşib. Belə ki, Ramiz Məlikin Gümrah Öməri tənqid etməsinə qarşı çıxan R.Novruz aktyor həmkarına sərt cavab verib. Dünən isə bir qrup aktyor teatrın həyətindəki “besedka”da söhbətləşirmişlər. Ramiz Məlik oranı tərk edərkən həmkarı ona yaxınlaşıb və hər şey də bundan sonra baş verib:

“Ramiz Məlik oradan uzaqlaşanda Ramiz Novruz onun qabağını kəsib dedi ki, səninlə işim var. Ramiz Məlik də razılaşdı. Bu arada onlar arasında mübahisə yarandı və Ramiz Novruz onu təhqir etməyə başladı. Ramiz Məlik soruşdu ki, bu sözləri mənə deyirsən? Ramiz Novruz yenə ona dedi ki, sənin arvadını, ailəni…Bundan sonra Ramiz Məlik eyni sözləri ona dedi və ortalıq qarışdı. Ramiz Novruz Ramiz Məlikə zərbə endirdi və oradakı aktyorların köməyi ilə vəziyyəti sakitləşdirmək mümkün oldu. Amma Ramiz Novruz yenə də Ramiz Məlikin üstünə cumub onu vurmaq istəyirdi”.

Qeyd edək ki, hadisədən sonra hər iki aktyor Yasamal Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb. Maraqlıdır ki, dünən teatrda ilk iş günü olsa da, direktor İsrafil İsrafilovu görən olmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30203

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031