Fələstin Dövləti Azərbaycana nota verdi

25.08.2015 - 10:37

felestinErməni tərəfinin yalanları ifşa olundu.

Fələstin Dövlətinin Bakıdakı Səfirliyi Xarici İşlər Nazirliyinə nota ilə müraciət edərək Ermənistanın “Zhamanak Daily” xəbər agentliyinin Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfirinin “East Magazine”-nə (Vostok) verdiyi müsahibəsinə istinadən yaxın gələcəkdə İrəvanda Fələstin səfirliyinin açılacağı barəsində yaydığı xəbərinin yalan olduğunu bildirib.

Bu barədə Oxu.Az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevbildirib.

Onun sözlərinə görə, notada qeyd olunur ki, bu xəbər “Zhamanak Daily” və ona istinadən Azərbaycanın bəzi xəbər portallarında çıxan zaman Fələstin Dövlətinin Bakıdakı Səfirliyi Fələstin Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və hər iki qurum tərəfindən bu xəbərin yalan olduğu və ümumiyyətlə, İrəvanda Fələstin səfirliyinin açılması barəsində niyyətin olmadığı təsdiq edilib.

“Ermənistan KİV-nin ölkəmizin xarici, müdafiə və təhlükəsizlik siyasətinə xələl gətirmək məqsədi ilə bir çox hallarda qəsdən dezinformasiya və təxribat xarakterli məlumatlar yaydıqlarını nəzərə alaraq, bəzi yerli kütləvi informasiya vasitələrinə dəqiqləşdirmə və yoxlama aparmadan bu kimi xəbərlərin yayılmasından çəkinməyi tövsiyə edirik”, – deyə, H.Hacıyev bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=30283

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728