Elza Seyidcahan: “Bu il millət vəkilliyinə namizədliyimi irəli sürəcəm”
“Vaxt var idi ki, məni müzakirəyə qoyurdular”.
Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlama verib.
Axşam.az xəbər verir ki, müğənni bu il millət vəkilliyinə namizədliyini irəli sürəcəyini bildirib:
“Hər zaman deyirdim, amma ciddi qəbul olunmurdu. Bu il millət vəkilliyinə namizədliyimi irəli sürəcəm. Seçəcəklərsə, xoşbəxt olacam. Seçilməsəm də, həyatıma davam edəcəm. Vaxt var idi ki, məni müzakirəyə qoyurdular. İndi özümə sübut etmək istəyirəm ki, görüm mən millət vəkilliyinə layiqəm, yoxsa yox”.
Qeyd edək ki, seçkilər noyabrda baş tutacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=30417